3 iyun 2010-cu il tarixində Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Xəmsə” Milli intellektual oyunu üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu. Ümumilikdə finalda 16 komandanın 80 üzvü iştirak edib.
1-ci yer- “Vendetta” komandası (Səbail rayonu)
2-ci yer- “Odlu yurd” komandası (Abşeron rayonu, Qafqaz Universitetinin tələbələri təmsil edirdi)
3-cü yer- “Hərrum” komandası (Bərdə rayonu)
4-cü yer- “Akademiya” komandası (Qubadlı rayonu)