Dünyanın qabaqcıl universitetlərindən olan Varvick universitetinin beynəlxalq əlaqələr üzrə əməkdaşı Kiran Kostiqan Qafqaz Universitetini ziyarət etdi. Ziyarət əsnasında qonaq universitetin imkanlarıyla tanış oldu. Sonra Qafqaz Universitetinin beynəlxalq əlaqələr uzrə prorektoru Dr. Murat Erquvanla universitetlerimiz arasındakı əməkdaşlıq imkanları müzakirə edildi. Qonaq Qafqaz Universitetinin Azərbaycanda təhsilə göstərdiyi diqqət ve qayğını özəlliklə vurğuladı, gələcəkdə təhsil əlaqələrimizin daha da inkişaf edəcəyinə əmin oldugunu söylədi. |